Şirkətin məhsullarını satır, müştərilərlə aktiv ünsiyyət qurur və satış planlarını icra edir.
Vakansiya haqqında
Kosmetika və gözəllik elektronikası sahəsində dünya miqyaslı brendlərin distribütorluğunu həyata keçirən, daim yeniliklərə açıq və sürətlə böyüyən şirkətin bir parçası olmaq istəyirsənsə, gülərüz, baxımlı, pozitiv enerjili və özünəinamlı birisənsə, komandamıza qoşul!
Əgər sən:
- Satış sahəsində özünü inkişaf etdirmək istəyirsənsə;
• İnsanlarla rahat ünsiyyət qurmağı bacarırsansa;
• Müştərilərə düzgün seçim etməkdə kömək etməkdən zövq alırsansa; - Kosmetika və baxım sahəsində biliklisənsə;
• Gənc, çevik və peşəkar komandaya qoşulmaq istəyirsənsə — bu vakansiya sənin üçündür!
Təklif Edirik:
- Performansa əsaslanan əlavə gəlir imkanı;
- Növbəli iş qrafiki
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə;
- Şirkətdaxili ödənişsiz təlimlər;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Öhdəliklər:
- Satış etmək və müştərini düzgün yönləndirmək bacarığı;
• Azərbaycan dilində səlis ünsiyyət;
• Gülərüz, məsuliyyətli və pozitiv olmaq;
• Komandada işləmək bacarığı;
• Növbəli iş qrafikində işləməyə hazır olmaq;
• Satış sahəsində iş təcrübəsi arzuolunandır;
• Rus dili biliyi üstünlükdür.
Əsas Vəzifələr:
- Məhsulların qəbul edilməsi, yoxlanılması, rəflərə yerləşdirilməsi
- Müştəriləri qarşılamaq və ehtiyaclarını müəyyənləşdirmək;
• Məhsullar haqqında ətraflı və düzgün məlumat vermək;
• Satış prosesini həyata keçirmək;
• Məhsulların səliqəli və cəlbedici təqdimatını təmin etmək;
• Müştəri məmnuniyyətini qorumaq;
• Müəyyən edilmiş satış hədəflərinə çatmaq.
İş Şəraiti:
- Növbəli iş qrafiki:
- 1-ci növbə: 09:00–18:00
— 2-ci növbə: 13:00–22:00 - 6 günlük iş rejimi;
- 450 AZN Əməkhaqqı + Satışdan bonuslar;
- 18-30 yaş aralığında Qadın namizədlərə üstünlük verilir.
Qeyd: Yarımştat işləmək istəyənlər də müraciət edə bilər.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
450–1 000 ₼
Yerləşdirilib
17 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
26 sentyabr 2026
Şirkət haqqında
Beautech
Beauty salon · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
800–1 500₼
Müraciət etAsan müraciətAsan müraciət
600₼
Məhsulları satmaq və müştərilərə düzgün məlumat vermək üçün yaxşı ünsiyyət bacarığı tələb olunur
TeamworkProduct KnowledgeSalesCustomer Communication
Müraciət etAsan müraciətAsan müraciət
450₼
Məhsulların satışını həyata keçirir, satış təcrübəsi və müştəri xidməti bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib



