Qeydiyyatçıların və otel işçilərinin işinə nəzarət edir, müştəri xidməti bacarıqları tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Resepsion əməkdaşlarının işini təşkil etmək və onlara nəzarət etmək;
- Qonaqların qarşılanması, qeydiyyatı və yerləşdirilməsi prosesini idarə etmək;
- Rezervasiyalara və otaq bölgüsünə nəzarət etmək;
- Qonaq şikayət və müraciətlərini operativ şəkildə həll etmək;
- Kassa əməliyyatlarının və növbə hesabatlarının düzgün aparılmasını təmin etmək;
- Housekeeping və digər şöbələrlə koordinasiyalı işləmək;
- Otelin xidmət standartlarına riayət olunmasına nəzarət etmək
Namizədə tələblər:
- Otelçilik sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
- Qəbul və qeydiyyat sahəsində idarəetmə və təşkilatçılıq bacarığı;
- Yüksək ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
- Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
- Fidelio proqramı ilə işləmə bacarığı üstünlük sayılır;
- Excel orta səviyyə;
- Məsuliyyətlilik, operativlik və qonaq məmnuniyyətinə yönümlülük;
- Növbəli iş rejimində işləmək imkanı.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilən əmək münasibətləri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Qəbul və qeydiyyat üzrə menecer üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 800 ₼.
4 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qəbul və qeydiyyat üzrə menecer kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Otelçilik sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Növbəli iş rejimində işləmək imkanı tələb olunur.
Fidelio proqramı ilə işləmə bacarığı üstünlük sayılır, Excel orta səviyyədə bilməlidir.
Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə bilməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQəbul və qeydiyyat üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Qəbul və yerləşdirmə şöbəsinin işini idarə edir, liderlik və müştəri xidməti bacarıqları tələb olunur
Restoran personalının fəaliyyətinə nəzarət edir və komanda idarəetmə bacarığı tələb olunur
Gecə meneceri kimi otel əməliyyatlarını idarə etmək və Elektra sistemini bilmək tələb olunur



