Tüp bebek ve sağlık turizmi alanında satış və hasta danışmanı kimi çalışmaq üçün güclü satış bacarıqları tələb olunur
Vakansiya haqqında
Trywex Tech bizneslər üçün innovativ rəqəmsal həllər, veb və mobil tətbiqlər, eləcə də biznes proseslərinin avtomatlaşdırılması xidmətləri təqdim edən texnoloji şirkətidir. Komandamızı genişləndiririk və potensial müştərilərlə birbaşa ünsiyyət quraraq xidmətlərimizi təqdim edəcək Direct Field Sales Representative axtarırıq.
Vəzifə öhdəlikləri
- Potensial müştəriləri müəyyən etmək və onlarla birbaşa əlaqə qurmaq
- Bakı şəhərində müxtəlif biznes obyektlərinə (gözəllik salonları, bərbərxanalar, xidmət mərkəzləri və s.) səfərlər həyata keçirmək
- Şirkətin rəqəmsal məhsul və xidmətlərini müştərilərə təqdim etmək
- Məhsulların üstünlüklərini və biznes üçün yaratdığı dəyəri izah etmək
- Yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi
- Potensial müştərilərin əlaqə məlumatlarını toplamaq və CRM sistemində qeydiyyat aparmaq
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun həllər təklif etmək
- Gündəlik və həftəlik satış fəaliyyəti üzrə hesabatlar hazırlamaq
TƏLƏBLƏR
- Azərbaycan dilində sərbəst və səlis danışıq bacarığı mütləqdir. Rus dil - arzuolunandır.
- Güclü kommunikasiya, təqdimat və inandırma qabiliyyəti
- Aktiv satış və müştəri cəlbetmə sahəsinə maraq
- Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq
- İnsanlarla asanlıqla ünsiyyət qurmaq bacarığı
- Sahədə aktiv işləməyə və müxtəlif biznes obyektlərinə səfər etməyə hazır olmaq
- Satış sahəsində iş təcrübəsi üstünlükdür, lakin təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər
Kimlər üçün uyğundur?
Bu vakansiya əlavə qazanc fürsəti axtaran təcrübəli mütəxəssislər və ya aktiv ünsiyyəti sevən, insanlarla işləməkdən zövq alan, ofisdən kənarda dinamik iş mühitinə üstünlük verən və satış sahəsində karyera qurmaq istəyən bəy və xanım namizədlər üçün uyğundur.
Nə təklif edirik?
- Satış nəticələrinə əsaslanan bonus sistemi ( 10%-20% hər satışdan )
- Satış və kommunikasiya bacarıqlarının inkişafı
- Şirkətin məhsulları üzrə ilkin təlim
- Peşəkar və dinamik komandada iş imkanı
- Karyera inkişafı və gələcəkdə Sales Team Lead vəzifəsinə yüksəlmək perspektivi
- İnkişaf edən texnologiya şirkətində müxtəlif rəqəmsal məhsullarla işləmək imkanı
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 500–750 ₼ ödəyir, median — 600 ₼.
145 açıq vakansiya, 108 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Bakı şəhərində müxtəlif biznes obyektlərindədir.
Satış nəticələrinə əsaslanan 10%-20% bonus sistemi təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçSatış sahəsində təcrübə üstünlükdür, lakin təcrübəsiz namizədlər də müraciət edə bilər.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Kinoteatrda reklam satışını həyata keçirir və satış sahəsində minimum 1 il təcrübə tələb olunur
Müştərilərə satış üzrə məlumat verir və ən azı 1 il satış təcrübəsi tələb olunur
Kosmetika məhsullarının topdan satışını idarə etmək və yeni müştərilər cəlb etmək tələb olunur



