Müştərilərlə ünsiyyət qurub satış sahəsində təcrübəsi olan məsuliyyətli satıcı axtarılır
Vakansiya haqqında
Təsvir
Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Beauty konsultant axtarırıq. Gülərüz, daim baxımlı və pozitiv enerji ilə aşıb-daşan, özgüvəni yüksək olan birisənsə, onda bizə lazım olan şəxs məhz sənsən!
- Gözəllik sahəsində özünü görürsənsə;
- İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
- Faydalı məsləhətlər vermək və gözəllik sirrlərini aşılamağı arzulayırsansa;
- Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız beauty konsultantsan!
Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
- 1000 AZN-ə qədər qazanma imkanı;
- Növbəli iş qrafiki;
- Şirkət daxili ödənişsiz təlimlər;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (sən mentor, müavin, müdir ola bilərsən)!
Tələblər
Biz səndən nə gözləyirik:
- Satış etmə bacarığı;
- Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
- Rus dili biliyi üstünlükdür!
“Olivia” Beauty & Care haqqında:
“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb.
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satıcı üzrə bazar adətən 500–750 ₼ ödəyir, median — 600 ₼.
145 açıq vakansiya, 108 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Xaçmaz şəhərində yerləşir.
Növbəli iş qrafiki tətbiq olunur.
Əmək haqqı 1000 ₼ təşkil edir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçSon müraciət tarixi 17 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Xaçmazda digər açıq elanlar.
Əmlak satışında müştəri ilə işləyir və satış bacarıqları tələb olunur
Müştərilərə elektronika məhsulları satmaq və satış prosesini idarə etmək bacarığı tələb olunur
Restoran və mağazalara məhsul çatdırmaq və səyyar satış aparmaq üçün sürücü-satışçı tələb olunur
