Çağrı mərkəzində zəngləri cavablandırır və müştərilərə məhsul haqqında məlumat verir.
Vakansiya haqqında
Müştəri müraciətlərini müxtəlif kanallar vasitəsilə operativ şəkildə cavablandıraraq düzgün və dolğun məlumat təqdim edərək, müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olursunuz. Şikayətləri qeydə alaraq, uyğun şöbələrə yönləndirir və kampaniyalar, ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırırsınız.
Vəzifə öhdəlikləri
- Müştərilərdən daxil olan sual və müraciətləri operativ şəkildə qiymətləndirərək düzgün həll yolları təqdim etmək və müştəri məmnuniyyətini təmin etmək;
- Facebook, Instagram, çat, e-mail və digər platformalar vasitəsilə daxil olan müştəri müraciətlərini operativ cavablandırmaq, düzgün və tam məlumat təqdim etmək;
- Müştərilərə təqdim olunan xidmət və məhsullar barədə ətraflı və aydın məlumat vermək, onların düzgün qərar verməsinə dəstək olmaq;
- Cari kampaniyalar, endirimlər və xüsusi təkliflər barədə müştərilərə ətraflı məlumat vermək və onların bu fürsətlərdən faydalanmasına yardımçı olmaq;
- Daxili kredit, hissəli ödəniş və digər ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırmaq və bu proseslərdə dəstək olmaq;
- Müştəri şikayətlərinin qeydə alınması və lazımi şöbələrə yönləndirilməsi.
Tələblər
- Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti;
- Müştərilərlə səlis və aydın ünsiyyət qurmaq bacarığı;
- MS Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Növbəli iş qrafiki və komandada işləmək qabiliyyəti;
- Klaviaturada sürətli çap etmək bacarığı.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərin zənglərinə cavab verir, satış və müştəri məmnuniyyətini təmin edir.
Müştərilərin zənglərinə cavab verir, məlumat verir və satış təşkil edir, yüksək kommunikasiya bacarığı tələb olunur.
Müştərilərə məhsullar barədə məlumat verir və satış hədəflərini yerinə yetirir.



