Müştəri müraciətlərini operativ cavablandırır və müştəri məmnuniyyətini təmin edir, müştəri xidməti bacarıqları tələb olunur.
Vakansiya haqqında
İş yeri: Green City Resort Residence — Səbail rayonu, Şıxov qəsəbəsi
Vəzifə öhdəlikləri
- Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək;
- Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək;
- Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları qeydiyyata almaq və sistemə daxil etmək;
- Qonaq və müştərilərin sorğularını cavablandırmaq;
- Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək;
- Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək;
- Qonaqların tələblərini düzgün anlayaraq operativ və peşəkar şəkildə cavablandırmaq bacarığı;
- Göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə ətraflı məlumat vermək;
- Struktur bölmələr üzrə aylıq ofis ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək;
- Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.
- Qonaqları qarşılamaq və yola salmaq
- Check-in və check-out proseslərini həyata keçirmək
- Rezervasiyaları qəbul etmək və idarə etmək
- Telefon zənglərini cavablandırmaq və e-maillərə cavab vermək
- Otel xidmətləri və ətraf ərazilər haqqında məlumat vermək
- Qonaq müraciətlərini və şikayətlərini peşəkar şəkildə həll etmək
Biz təklif edirik:
- Əmək haqqı: 600 Azn + bonus
- İş qrafiki: 6 günlük
- Həftədə 1 gün istirahət;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera yüksəlişi
Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
- Müvafiq sahədə 1–5 il iş təcrübəsi;
- MS Office proqramlarını yaxşı bilmək;
- Yüksək məsuliyyətlilik və dəqiqlik bacarığının olması;
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Resepşn” qeyd olunmalıdır.
Əlaqə: +994 10 334 17 47
Yerləşmə
Bakı
Təcrübə
1–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600 ₼
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
8 oktyabr 2026
Şirkət haqqında
Green City Resort & Residence
Hospitality · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib2 gün qalıb
500₼
Müştərilərin zənglərinə cavab verir, satış və müştəri məmnuniyyətini təmin edir.
Müraciət etAsan müraciətAsan müraciət
500₼
Müştərilərin zənglərinə cavab verir, məlumat verir və satış təşkil edir, yüksək kommunikasiya bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şirkətə gələn qonaqları qarşılayır, telefon zənglərini cavablandırır və inzibati işləri idarə edir.
Müraciət etAsan müraciətAsan müraciət


