Müştərilərlə əlaqə saxlayaraq məhsullar və texniki məsələlər üzrə dəstək verir, satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Sales Assistant
Şirkət: “Yeni Texnologiyalar” MMC
İş yeri: Bakı şəhəri, 28 May ərazisi
Əməkhaqqı: 600–800 AZN + satışdan faiz
İş təcrübəsi: 1 ilədək və ya 1–2 il
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00 dan–18:00 dək
“Yeni Texnologiyalar” MMC satış şöbəsinə Sales Assistant axtarır.
Əməkdaşın əsas vəzifəsi satış mütəxəssisinə gündəlik satış proseslərində dəstək olmaq, daxil olan kiçik və orta həcmli müştəri sorğularını analiz etmək və satış prosesini idarə etməkdir.
İş şəraiti
- Əməkhaqqı: 600–800 AZN + satışdan faiz və bonuslar;
- Rəsmi əmək müqaviləsi;
- Satış nəticələrindən asılı olaraq əlavə qazanc imkanı.
Müraciət zamanı mövzu hissəsində “Sales Assistant” qeyd edilməsi xahiş olunur.
Vəzifə öhdəlikləri
- Müştərilərdən daxil olan sorğuların qəbul və analiz edilməsi;
- Müştərinin tələbinə uyğun məhsulların müəyyən edilməsi;
- Məhsullar üzrə qiymətlərin dəqiqləşdirilməsi;
- Kommersiya və qiymət təkliflərinin hazırlanaraq müştəriyə göndərilməsi;
- Kiçik və orta həcmli satış sorğularının müstəqil idarə edilməsi;
- Müştərilərlə telefon, e-mail və WhatsApp vasitəsilə kommunikasiya;
- Göndərilən qiymət təkliflərinin izlənilməsi və müştəridən geri dönüşlərin alınması;
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması;
- Sifarişlərin satışdan çatdırılmaya qədər izlənilməsi;
- Böyük və xüsusi layihələrin satış mütəxəssisinə yönləndirilməsi;
- Satış mütəxəssisinin gündəlik işlərinin və sorğularının operativ şəkildə dəstəklənməsi.
Tələblər
- Satış, müştəri xidməti, Account Management və ya oxşar sahədə təcrübə üstünlükdür;
- Kompüter və İT məhsulları haqqında baza biliklərinin olması üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- Qiymət və kommersiya təklifləri ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Rus dili biliyi arzuolunandır;
- İngilis dili biliyi üstünlükdür;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
- Operativ, məsuliyyətli və diqqətli olmaq;
- Satış sahəsində inkişaf etmək və öyrənmək istəyi.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştəri müraciətlərini operativ cavablandırır və müştəri məmnuniyyətini təmin edir, müştəri xidməti bacarıqları tələb olunur.
Müştərilərin zənglərinə cavab verir, satış və müştəri məmnuniyyətini təmin edir.
Müştərilərin zənglərinə cavab verir, məlumat verir və satış təşkil edir, yüksək kommunikasiya bacarığı tələb olunur.

