Məhsulların korporativ təqdimatı və satışını həyata keçirir, 3-5 il satış təcrübəsi tələb olunur
Vakansiya haqqında
Müştərimiz üçün axtarırıq: Satış meneceri – HoReCa
Kunafe Şirniyyat Fabriki | Bakı, Azərbaycan | Distribusiya şöbəsi
Haqqımızda
- Kunafe Bakıda yüksək keyfiyyətli şərq şirniyyatları istehsal edən qənnadı müəssisəsidir. Distribusiya şəbəkəmiz böyüdükcə HoReCa satış komandamızı da genişləndiririk. Buna görə enerjili və nəticəyönümlü Satış meneceri axtarırıq.
Missiyanız
Kunafe məhsullarını Bakının ən yaxşı restoranlarına, kafelərinə, otellərinə və ketrinq şirkətlərinə çatdırmaq, onlarla möhkəm və uzunmüddətli əməkdaşlıq qurmaq.
Əsas vəzifələr
- Yeni HoReCa müştərilərini (restoranlar, kafelər, otellər, qəhvəxanalar və ketrinq şirkətləri) tapmaq və cəlb etmək
- Müştərilərə müntəzəm səfər etmək, məhsulları təqdim etmək və dequstasiyalar keçirmək
- Təhkim olunmuş müştəri portfelini idarə etmək və genişləndirmək
- Şərtlər üzrə danışıqlar aparmaq, sifarişləri qəbul etmək, çatdırılma və ödənişlərə nəzarət etmək
- Aylıq satış planlarını yerinə yetirmək və hesabatları dəqiq aparmaq
- Öz ərazinizdə bazarı və rəqiblərin fəaliyyətini izləmək
Tələblər
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi (HoReCa, FMCG və ya qida distribusiyası üstünlükdür)
- Şəxsi avtomobil mütləqdir
- Güclü ünsiyyət və danışıq bacarıqları, özünəinam və təşəbbüskarlıq
- Nəticəyə fokuslanmaq, təşkilatçılıq və müstəqil işləmək bacarığı
- Bakının restoran bazarını tanımaq üstünlükdür
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini bilmək üstünlükdür
Biz təklif edirik
- 800 AZN sabit maaş və bonus sistemi
- Orta hesabla 1500 AZN-ə qədər ümumi gəlir, bonuslar üçün yuxarı hədd yoxdur
- Rəsmi əmək müqaviləsi
- Asan satılan, dadlı məhsul
- Sürətlə inkişaf edən distribusiya komandasında karyera imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 950 ₼.
106 açıq vakansiya, 111 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
TWC, 2018-ci ildə yaradılmış Azərbaycanın ilk yerli menecment konsaltinq şirkətidir. Biz aparıcı şirkətlərin üzləşdiyi biznes problemlərini ağıllı, sistematik və innovativ yollarla həll edərək ölkənin biznes ekosistemində davamlı dəyər…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
800 ₼ sabit maaş və bonus sistemi təklif olunur, ümumi gəlir orta hesabla 1500 ₼-ə qədərdir.
Satış sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur.
Namizədlər öz CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Bakı şəhərində diler şəbəkəsini inkişaf etdirən və aktiv B2B satış bacarığı tələb edən satış meneceri.
Müştərilərlə işgüzar münasibətləri inkişaf etdirir və satış hədəflərini yerinə yetirir
Korporativ müştərilərlə işləyən satış meneceri, minimum 1 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





