Satış prosesini idarə edir və korporativ müştərilərlə danışıqlar aparmaq bacarığı tələb olunur
Vakansiya haqqında
Inomarka avtosalonu olaraq komandamıza müştəriyönümlü, aktiv və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Avtosalona daxil olan müştərilərin qarşılanması, sualların cavablandırılması və satış prosesinin həyata keçirilməsi
- Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək
- Onlayn və oflayn daxil olan müştəri sorğularının vaxtında cavablandırılması
- Müştəri münasibətlərinin idarə olunması və satış sonrası məlumatların verilməsi
- Müştəri istəyinə əsasən müxtəlif bazarlardan (xüsusilə ABŞ, Koreya, Çin) avtomobil sifarişi və auksionlarda iştirak
- Müştəri ödənişlərinin izlənməsi və nəzarətdə saxlanılması
- Rəqib və bazar analizlərinin aparılması, satışa dair təkliflərin hazırlanması
- Satışı artırmaq məqsədi ilə marketinq komandası ilə koordinasiyalı işləmək
- İtirilmiş müştərilərin geri qazanılması və uzunmüddətli əməkdaşlığın təmin olunması
- Satış göstəricilərinin analizi və dövri hesabatların hazırlanmasında iştirak
Namizəddən gözləntilər:
- Avtomobil satışı sahəsində minimum 1 il iş təcrübəsi
- Müştəri ehtiyaclarını analiz etmə, qərarvermə və problem həll etmə bacarığı
- Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi
- İctimai danışıq və təqdimat bacarığı
- Diqqətli, məsuliyyətli və komandada işləməyə meyilli olmaq
- Amerika, Cənubi Koreya, Çin avtomobil idxalı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
İş şəraiti:
- Əməkhaqqı: Razılaşma yolu ilə
- İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və bazar günləri dəyişkən qrafiklə
- İş yeri: Ofis Ağ Şəhərdə yerləşir
Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış Meneceri) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 950 ₼.
106 açıq vakansiya, 111 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftədə 5 gün, 10:00–19:00, 6-cı və bazar günləri dəyişkən qrafiklə işlənir.
Əməkhaqqı razılaşma yolu ilə müəyyən edilir.
İş yeri Ofis Ağ Şəhərdə yerləşir.
Avtomobil satışı sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
CV-ni, vəzifənin adını (Satış Meneceri) və əməkhaqqı gözləntisini mövzu sətrində qeyd etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə iş aparmaq və satış prosesini idarə etmək üçün ən azı 2 il təcrübə tələb olunur
Bakıda HoReCa sektorunda satış meneceri kimi müştəri portfelini idarə etmək və satışları artırmaq.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




